23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində Distant təhsilin əsasnaməsinin müzakirəsinə həsr olunan yığıncaq keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ilk öncə Naxçıvan Muxtar Respublikasının Azərbaycan regionlarının investisiya reytinqinin lideri olmasının mühüm əlamətdar hadisə olduğunu qeyd edib, bunun muxtar respublikada ümummilli lider Heydər Əliyev ideyalarına sədaqətin bəhrəsi olduğunu vurğulayıb. Muxtar respublikada ali təhsil sahəsində qazanılan uğurlardan bəhs edən rektor universitetdə distant təhsili həyata keçirmək üçün xarici tələbələrlə iş üzrə dekanlıq nəzdində yaradılan Distant Təhsil Mərkəzi haqqında məlumat verib. Qeyd edilib ki, universitetdə distant təhsil Koreyanın KOİCA şirkəti ilə birgə həyata keçirilən “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi çərçivəsində 2015-ci ildə istifadəyə verilən nsu.edu.az portalı üzərindən həyata keçirilir. İlkin mərhələdə Beynəlxalq əlaqələr və xarici dillər fakültəsinin xarici dil müəllimliyi (ingilis, alman, fransız, rus) ixtisasına tələbə qəbulu həyata keçirməyi planlaşdırılan distant təhsil əcnəbi tələbələrin qəbulu ilə fəaliyyətə başlayır.
Rektor sonda elmi-tədqiqat işlərinə, xaricdə və yerli mətbuatda dərc olunan məqalələrin ümumi sayına, ümumiyyətlə, elmdə göstərdikləri xidmətlərə görə bir qrup alimə “İlin alimi” adını və pul mükafatı təqdim edib. “İlin alimi” mükafatı müxtəlif elm sahələri üzrə verilib. Humanitar elmlər üzrə Pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Vahid Rzayev, Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru Gülnarə Qənbərova, İctimai elmlər üzrə iqtisad elmləri doktoru, professor Nazim Əhmədov bu adla təltif olunublar.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR