23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində Təbiətşünaslıq və kənd təsərrüfatı, İncəsənət fakültələri üçün yeni avadanlıqlar təqdim olunub.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək qeyd edib ki, ali təhsil ocağında müasir infrastrukturun yaradılması və tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlər muxtar respublikamızda təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısının əyani ifadəsidir.
Coğrafiya kafedrasının müdiri, dosent Əli Həsənov bildirib ki, göstərilən yüksək diqqət və qayğının nəticəsində bu gün fakültə və ixtisaslar ayrı-ayrılıqda ən müasir avadanlıqlarla təchiz olunur. Təbiətşünaslıq və kənd təsərrüfatı fakültələri də bu qayğıdan bəhrələnib.

Kafedra müdiri ayrı-ayrı ixtisaslar üçün nəzərdə tutulan 25 min manat məbləğində yeni alınmış avadanlıqlar haqqında ətraflı məlumat verib. Bildirib ki, küləyin sürətini, istiqamətini, temperaturu, yağıntının miqdarını təyin etmək üçün istifadə olunan meteo-budka, Günəş, Yer, Ay sistemini əks etdirən telluri, su hövzələrinin şəffaflığının müəyyən edilməsində əvəzsiz rol oynayan sekka diski, vulkanın kəsiyinin modeli, Geodeziya və xəritəçəkmə ixtisası tələbələri üçün nəzərdə tutulan topoqrafik dəst, xəritədə, planda, xüsusilə əyri xətlərin ölçülməsində istifadə olunan kuvrimetr, küləyin istiqamətini, gücünü müəyyən etmək üçün açılan-yığılan flüger, nümayiş olunmaq və elektron formada təqdim etmək üçün barometr-aneroidin iki növü, dünyanın kiçikmiqyaslı siyasi və böyükmiqyaslı fiziki xəritələri fakültəyə təqdim olunub.
İncəsənət fakültəsi üçün isə bir cüt aktiv və passiv səsucaldan, bir səstənzimləyən aparat, 20 simli, 2 kabelsiz mikrofon, 20 not pultu və bir sıra avadanlıqlar alınıb.
Qeyd edək ki, İncəsənət fakültəsinə təqdim edilən avadanlıqların dəyəri 15 min 600 manatdır.
Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Səadət Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR