23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Texniki Kollecində “Oxunması zəruri olan kitabların Siyahısı”ndan 15 kitaba həsr olunmuş viktorinanın yarımfinal və final mərhələləri keçirilib.
Əvvəlcə kollecin direktoru Asəf Ruşanov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixdə imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamın əhəmiyyətindən danışıb. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlu və kollecin müəllimi Çinarə Əliyeva çıxış ediblər. Bildirilib ki, mütaliə insanın daxili aləminin zənginləşdirilməsində, dünyagörüşünün düzgün formalaşdırılmasında, nitq qabiliyyətinin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşımaqla yanaşı, həm də müsbət insani və iradi keyfiyyətlərin yaradılmasında böyük rol oynayır. Bu baxımdan oxunması zəruri olan kitablar haqqında imzalanan sərəncam zamanında atılmış addımdır. Bu dövlət sənədi gənclərdə mütaliəyə olan marağın artmasına, onlarda bədii zövqün formalaşmasına mühüm təsir göstərir.
Sonra viktorinanın yarımfinal və final mərhələləri keçirilib. Yarımfinal mərhələsində iştirak edən 60 tələbə finala çıxmaq üçün 12 qrupda mübarizə aparıb. 4 qrupda 20 tələbə yüksək nəticə qazanaraq adlarını finala yazdırıb. Finalda bu komandalar müvafiq olaraq I, II, III və həvəsləndirici yerlərə layiq görülüblər. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR