23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənclər arasında “Nuh yurdu” intellektual oyunu keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilat­ç­ı­­­l­ığı ilə keçirilən yarış ­31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil edilib.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli və Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilli çıxış edərək oyunun keçirilməsində məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaqdan, onlar arasında bilik və elmin nüfuzunu artırmaqdan, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olduğunu bildirib, gəncləri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik ediblər.
16 komandanın iştirak etdiyi oyun 4 yarımfinal və final mərhələsindən ibarət olub. Hər mərhələdə ən yüksək xal yığaraq birinci yerə çıxan komandalar finala vəsiqə qazanıblar. Belə ki, “Nuh”, “Zərbə”, “Buta” və “Zirvə” komandaları finalda mübarizə aparıblar. Sonda “Nuh” komandası qalib adını qazanıb. “Zərbə” komandası ikinci, “Zirvə” komandası isə üçüncü olub.
Qalib gələn komandalara təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlar təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR