Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə 7-11-ci sinif şagirdləri arasında olimpiadanın şəhər turniri keçirilib.
Qeyd edək ki, keçirilən olimpiadada muxtar respublika üzrə 1260 şagird iştirak edib. Şagirdlər Azərbaycan dili, xarici dil, fizika, riyaziyyat, biologiya və kimya fənlərindən test tapşırıqlarını cavablandırıblar. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı verilib. Sualların cavablandırılmasına 2 saat vaxt ayrılıb. Sualların 20-si qapalı, 10-u isə açıqtipli olub. Olimpiadada muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak ediblər.
Qeyd edək ki,1260 nəfərin iştirak etdiyi olimpiada iki mərhələdə keçirilir. Birinci, yəni rayon və şəhər mərhələsində yüksək nəticə göstərən şagirdlər ikinci mərhələyə vəsiqə qazanacaqlar.
Ramiyyə ƏKBƏROVA