25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinin distant təhsil sistemi vasitəsilə Naxçıvanda təhsil alan doktorant və dissertantlar üçün “İnformatika” fənninin yaz semestri üzrə növbəti onlayn mühazirəsi olmuşdur.
Mühazirə başlanmazdan əvvəl Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Anar Kazımov çıxış edərək yüksək ixtisaslı kadrların yetişdirilməsində, dünyanın nüfuzlu universitetləri ilə genişmiqyaslı əlaqələrin qurulmasında, bilik və təcrübə mübadiləsinin aparılmasında distant təhsil sisteminin mühüm rolundan bəhs etmişdir. Prorektor ulu öndər Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfin­dən qəbul edilən Dövlət pro­qramlarının təhsilin qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsinə, keyfiyyətinin yüksəldilməsinə, dünya təhsil sisteminə inteqrasiyaya xidmət etdiyini vurğulayaraq qeyd etmişdir ki, bu gün Azərbaycanda müasir informasiya texnologiyalarının tətbiqinə böyük önəm verilir.
Sonra AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi, texnika elmləri doktoru Ramiz Alıquliyevin “Elmmetriya: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusunda mühazirəsi dinlənilmişdir. Mühazirəçi elmmetriya anlayışına aydınlıq gətirmiş, Azərbaycanda bu sahədə mövcud reallıqlardan bəhs etmişdir.
Mühazirə başa çatdıqdan sonra doktorant və dissertantları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Qeyd edək ki, onlayn bağlantıda doktorant və dissertantlarla yanaşı, informasiya-kommunikasiya texnologiyaları ilə maraqlanan magistrant və tələbələr də iştirak etmişlər.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR