Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət kafedrasının müdiri, Xalq rəssamı, professor Hüseynqulu Əliyev və həmin kafedranın müəllimi Ləman Məmmədovanın birgə ərsəyə gətirdikləri “Heykəltəraşlıq və rəngkarlıqda insan gözəlliyinin təcəssümü” və “Təsviri sənət nəzəriyyəsi” adlı kitabların təqdimetmə mərasimi olub.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov hər iki kitabın elmi əhəmiyyətini qeyd edib.
Vurğulanıb ki, Naxçıvanda rəssamlığa göstərilən diqqət və qayğı nəticəsində artıq muxtar respublikada peşəkar rəssamlar nəsli yetişib.
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva, Təsviri incəsənət kafedrasının müəllimləri Əlövsət Allahverdiyev və Elnurə Orucova çıxış ediblər. Qeyd olunub ki, hər iki dərs vəsaiti bakalavr, magistr, aspirant və tədqiqatçılar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Universitetin son illərdə qazandığı nailiyyətlər təhsilimizə göstərilən yüksək diqqət və qayğının bəhrəsidir, – deyən müəlliflər universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduqlarını bildiriblər.
Səadət ƏLİYEVA