23 Dekabr 2024, Bazar ertəsi

Noyabr ayında təhsil sahəsində müxtəlif tədbirlər həyata keçirilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il ­20 iyun tarixli Sərəncamına uyğun olaraq Heydər Əliyev Muzeyi, Hüseyn Cavidin ev-muzeyi və Dövlət Bayrağı Muzeyi ilə ümumtəhsil məktəbləri arasında interaktiv dərs keçilmiş, şagirdlərə ətraflı məlumatlar verilmişdir. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində, Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda, eləcə də orta ixtisas təhsili müəssisələrində çalışan elmi dərəcəli müəllimlər tərəfindən noyabr ayı ərzində ümumtəhsil məktəblərində 215 saat dərs tədris edilib.

Noyabr ayında Şərur, Babək, Şahbuz və Kəngərli rayonlarının ümumtəhsil məktəblərində kimya, biologiya, fizika ixtisasları üzrə dərs deyən fənn müəllimlərinin Naxçıvan Dövlət Universitetində ixtisasartırma kurslarında iştirakı təmin edilib. Kurslarda, ümumilikdə, 71 müəllim iştirak edib. Bəhs edilən dövrdə test-sınaq imtahanlarının keçirilməsinə də xüsusi diqqət yetirilib, ümumtəhsil məktəblərinin II-III, IX-XI sinif şagirdləri üçün mərkəzləşmiş qaydada test-sınaq imtahanları keçirilib.
Ümumtəhsil məktəblərinin ­­IX-XI sinif şagirdlərinin gələcəkdə ali məktəblərə qəbul olan zaman düzgün seçim etmələri üçün ali və orta ixtisas müəssisələrinə “açıq qapı” ekskursiyalarının təşkil olunması məqsədilə qrafik hazırlanıb. Bu qrafikə uyğun olaraq Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərinin şagirdləri Naxçıvan Dövlət Texniki Kollecində və ali təhsil müəssisələrində ekskursiyada olublar.
Noyabr ayında gənclərin müxtəlif peşə kurslarına istiqamətləndirilməsi sahəsində də bir sıra işlər görülüb. Peşə məktəblərində açılan kompüter istifadəçisi, elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru, “B” kateqoriyalı sürücülük, qaz çilingəri, qazanxana maşinisti, traktorçu-maşinist, gözətçi kurslarına, ümumilikdə, 245 müdavim cəlb edilib. Eyni zamanda qeyd edilən ixtisaslar üzrə 292 müdavim məzun olub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR