23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində 2017-ci ilin elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair Elmi-Tədqiqat institutlarının hesabat yığıncağı keçirilib.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bildirib ki, hesabat ilində əməkdaşların 8 monoqrafiyası, 4 kitabı, 171 elmi əsəri çapdan çıxıb.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 9 fevral tarixli Sərəncamı ilə əməkdaşların müəllifi olduğu “Naxçıvan tarixi” çoxcildliyi Naxçıvan Muxtar Respublikası mükafatına, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin müəllifi olduğu “Başlanğıcın sonu, sonun başlanğıcı” kitabı isə Ali ­Məclisin Sədri tərəfindən mükafata layiq görülüb.
Bildirilib ki, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə “Naxçıvan tarixinin arxeoloji, etnoqrafik, epiqrafik və Şərq mənbələri əsasında tədqiqi, arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşdirilməsi” mövzusu qrant layihəsinin qalibi olub. Cari ildə Qədim dövr arxeologiyası şöbəsi ilə Fransa Respublikası Milli Elmi Araşdırmalar Mərkəzinin Arxeologiya laboratoriyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev qeyd edib ki, hesabat dövründə əməkdaşlar tərəfindən 11 monoqrafiya, 4 kitab, 133 elmi məqalə, 4 tezis, 55 konfrans materialı, ümumilikdə isə 208 elmi əsər çapdan çıxıb.
Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, hesabat ilində 146 elmi əsər çapdan çıxıb, həmçinin 5 monoqrafiya, 4 kitab, 1 dərs vəsaiti nəşr olunub, 83 məqalə, 53 konfrans materialı dərc edilib.
Bioresurslar İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, akademik Tariyel Talıbov deyib ki, tədqiqat ilində institut əməkdaşlarının 8 mono­qrafiya, 2 kitab, 1 atlas və 160 elmi məqaləsi nəşr olunub.
Əlyazmalar Fondunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Fərman Xəlilov məlumat verib ki, hesabat dövründə fondda mühafizə olunan qədim çap kitabları və əlyazmalarının sayı 322-dən 380-ə çatdırılıb. Hesabat ilində Naxçıvanın elm, mədəniyyət, ədəbiyyat və maarif xadimlərinin şəxsi arxivlərinin yaradılması istiqamətində də işə başlanılıb.
Bölmənin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev isə çıxışında bildirib ki, hesabat dövründə 5 elmi işçinin bir kitabı, 33 elmi məqaləsi, bir tezisi olmaqla, 35 elmi əsəri işıq üzü görüb.
Tədbirdə illik elmi nailiyyətləri əks etdirən videogörüntü və elmi nəşrlərdən ibarət sərgi nümayiş olunub.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR