23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən Arxeologiya və Etnoqrafiya Muzeyi haqqında “Arxeologiya və Etnoqrafiya Muzeyi” (məlumat-bələdçi) kitabçası işıq üzü görüb.
Yeni nəşrin elmi məsləhətçiləri – bölmənin sədri, akademik İsmayıl Hacıyev və AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tərtibçisi isə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevadır.
Kitabçanın nəşr olunmasında əsas məqsəd bölməyə gələn yerli və xarici qonaqları Naxçıvanın аrxeoloji, tarix-memarlıq, təbiət və mədəniyyət abidələri barəsində dolğun məlumatlandırmaqdır.

Yeni nəşrin ilk səhifəsində ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xalqımızın qədim tarixini təbliğ edən muzeylərlə bağlı dəyərli fikirləri verilib. Nəşrdə, həmçinin Arxeologiya və Etnoqrafiya Muzeyinin yaradılması haqqında bölmənin Rəyasət Heyətinin 2008-ci il 10 iyul tarixli qərarı öz əksini tapıb.
Üç bölmədən ibarət olan kitabçanın “Arxeologiya” adlı ilk bölməsində Neolit, Eneolit, Tunc, Dəmir, Antik və Orta əsrlər dövrlərinə aid eksponatlar, “Etnoqrafiya” bölməsində geyim və məişət əşyaları, “Muzeyin hədiyyələri” başlıqlı bölmədə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muzeyə bağışladığı muxtar respublikanın 90 illiyi münasibətilə təsis olunmuş medallar haqqında məlumatlar yer alıb.
Qeyd edək ki, kitabçada hər bir arxeoloji mədəniyyətə, tarixi dövrə və elm sahəsinə aid eksponatlarla bağlı ümumi məlumatlar xronoloji ardıcıllığa uyğun olaraq fotoşəkillər ilə birgə öz əksini tapıb.
Yaxın vaxtlarda kitabçanın ingilis və rus dillərində nəşrinin hazırlanması da nəzərdə tutulub.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR