23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb.
Sonra Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxış edərək bildirib ki, QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan bu xəstəliyə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi, Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə Mübarizə və Profilaktika (QİÇS) Mərkəzi üçün ayrıca binaların tikilməsi bu xəstəliklə mübarizənin səmərəli təşkilinə xidmət etməklə yanaşı, muxtar respublikada səhiyyəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Tədbirdə Təməl tibb fənləri kafedrasının müəllimi Şəfiqə Süleymanova, muxtar respublika Yoluxucu Xəstəliklər Mərkəzinin həkimi Adil İbrahimov və başqaları çıxış ediblər.
Konfrans mövzu ətrafında müzakirə və diskussiyalarla davam edib.

Səadət Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR