23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan” Universitetinin iştirak etdiyi AESOP “Erasmus+” layihəsi çərçivəsində yaradılacaq Tələbə Ombudsman Aparatı haqqında ali məktəbin bütün fakültələrində silsilə şəkildə məlumatlandırma günləri keçirilir.
“Erasmus+” layihəsinə əsasən 2018-ci ildən etibarən ali təhsil ocağında Varşava modelinə uyğun Ombudsmanlıq ofisi yaradılacaq.
Tədbirdə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev çıxış edərək tələbələrlə aparılan söhbətlərin mahiyyəti barədə məlumat verib.
Universitetin layihə kordinatoru Elmira Hüseynova ombudsman, onun “Naxçıvan” Universitetində mövqeyi, fəaliyyət sahələri və səlahiyyətləri haqqında geniş məlumat verib, tələbələrin Ombudsman aparatı vasitəsilə hüquqlarının müdafiəsindən bəhs edib və onları maraqlandıran sualları cavablandırıb.
Sonra universitetdə yaradılan İdrak Hazırlıq Mərkəzinin direktoru Könül Babayeva çıxış edərək mərkəzin gördüyü işlər və təlim sahələri üzrə məlumat verib.
Onu da bildirək ki, məlumatlandırma günləri noyabr ayının sonunadək davam edəcək.

Nuray ƏSGƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR