23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və dünya universitetləri ilə əməkdaşlıqların qurulması istiqamətində məqsədyönlü tədbirlər görülür. Bu tədbirlərin davamı kimi Türkiyənin Çankırı Karatekin Universitetindən 20 nəfərdən ibarət nümayəndə heyəti “Erasmus+” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının yaranma tarixindən danışıb, universitetin 50 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu diqqətə çatdırıb. Beynəlxalq əlaqələrdən də danışan rektor “Erasmus+” çərçivəsində müvafiq ixtisaslardan 15 tələbənin bir semestr ərzində Çankırı Karatekin Universitetində təhsil almaq üçün göndərildiyini bildirib.
Universitetlə yaxından tanış olan qonaqlar ixtisaslaşmış bölmələrdə dərs və treninqlər keçiblər. Onlar ali təhsil müəssisəsinin Tarix-filologiya, Beynəlxalq münasibətlər və xarici dillər, Sosial idarəetmə və hüquq, İqtisad, Pedaqoji, Təbiətşünaslıq və kənd təsərrüfatı, Tibb fakültələrində keçilən dərslərdə qardaş ölkənin tədris sahəsindəki təcrübələrini bölüşüblər.
Tədris sahəsində fəaliyyət göstərən heyət müvafiq olaraq Tədris, Media, Kadrlar şöbələrində treninqlər keçiriblər.
Universitetdə mövcud olan media mərkəzi ilə maraqlanan qonaqlar bir həftə ərzində televiziya və radionun iş prinsipi, onlayn videokonfransların keçirilmə qaydaları ilə yaxından tanış olublar.
Mühasibatlıqda sənəd dövriyyəsi ilə maraqlanan qonaqlar Tələbə-məzun şöbəsində universitetdə həyata keçirilən elektron tədris prosesi ilə tanış olublar.


Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR