23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında test-sınaq imtahanları keçirilmişdir.
Sınaq imtahanlarında XI sinif şagirdlərinə 5 fənn üzrə 125 sual təqdim olunmuş, sualların cavablandırılmasına 180 dəqiqə vaxt verilmişdir. IX-X sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin yüksəldilməsi və gələcəkdə imtahanların birinci mərhələsində yüksək nəticələr əldə etmələri üçün sınaq imtahanları yeni formatda keçirilmişdir. IX sinif şagirdlərinə ana dili və riyaziyyat fənlərinin hər birindən 30 olmaqla, ümumilikdə 60 sual, X sinif şagirdlərinə isə ana dili, riyaziyyat və xarici dil fənlərinin hər birindən 30 olmaqla, ümumilikdə, 90 sual təqdim edilmişdir.
Sualları cavablandırmaq üçün IX və X sinif şagirdlərinə 120 dəqiqə vaxt ayrılmışdır. Sınaq imtahanlarında muxtar respublikanın bütün ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR