23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada təhsilin inkişafı və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Ötən ay Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində çalışan elmi dərəcəli müəllimlər tərəfindən ümumtəhsil məktəblərində 204 saat nümunəvi dərs keçirilmişdir.
Muxtar respublikanın ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarına qəbul davam etdirilmiş, şagirdlərin fiziki tərbiyə dərslərini qavraması və onlar tərəfindən idman normativlərinin yerinə yetirilməsi ilə bağlı monitorinqlər aparılmışdır. Həmçinin ötən ay ümumtəhsil məktəblərinin dörd, yeddi və on birinci sinif şagirdlərinin iştirakı ilə mərkəzləşmiş qaydada növbəti test-sınaq imtahanları keçirilmişdir. Ok­tyabr ayında Naxçıvan Şəhər Peşə Liseyini müxtəlif ixtisasartırma kursları üzrə 100-ə yaxın müdavim bitirmişdir.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Dövlət Müstəqilliyi Gününə həsr olunmuş peyntbol üzrə muxtar respublika birinciliyi, idmanın basketbol, şahmat, stolüstü tennis növləri və “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə spartakiada keçirilib. Ay ərzində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin üzvləri üçün ustad dərsi, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün Bakıdan dəvət olunmuş şahmat mütəxəssisləri tərəfindən 7 günlük seminar-treninq təşkil olunub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR