23 Dekabr 2024, Bazar ertəsi

Ordubad Rayon Mədəniyyət Evində yeniyetmələr arasında keçirilən “Nuh yurdu” intellektual oyununun Ordubad rayon birinciliyinə yekun vurulub.
Birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli çıxış edərək oyunun keçirilməsində məqsədin yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq olduğunu bildirib və komandalara uğurlar arzulayıb.
8 komandanın iştirak etdiyi oyun yarımfinal və final mərhələsindən ibarət olub. Final mərhələsinə “Xəzər”, “Qasırğa”, “Qarabağ” və “Danyeri” komandaları vəsiqə qazanıblar.
Yekunda Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbinin “Qarabağ” komandası intellektual oyunun qalibi olub. Əndəmic kənd tam orta məktəbinin “Danyeri” və Ordubad şəhər 3 nömrəli tam orta məktəbin “Qasırğa” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlə kifayətləniblər.
Qalib komandalara təşkilatçıların kubok, diplom, fəxri fərman və oxunması zəruri olan kitablar külliyyatı təqdim olunub.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR