23 Dekabr 2024, Bazar ertəsi

Tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan və bu sahədə dünyanın ən böyük təqaüd təşkilatı sayılan Alman Akademik Mübadilə Xidmətinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində təşkil edilən görüşdə qonaqları salamlayan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov mərkəzin fəaliyyətinin və əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışıb.
Xidmətin Bakı Məlumat Mərkəzinin direktoru Stefani Düfo vurğulayıb ki, Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərən qurum dünyada 60-dan artıq ölkədə 15 xarici nümayəndəlik, 56 məlumat mərkəzi və 500-dən artıq lektor və dil mütəxəssisləri ilə təmsil olunur. Alman Akademik Mübadilə Xidmətinin əsas fəaliyyəti tələbələrin və elmi işçilərin mübadiləsi ilə Almaniyanın xarici ölkələrlə akademik münasibətlərinin dəstəklənməsidir. Xidmətin Bakı Məlumat Mərkəzi regionlarda yerləşən ali təhsil müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlıdır. Əvvəlki layihələrdə təkcə alman dili ixtisasında oxuyan tələbələrə üstünlük verilirdisə, bu gün artıq layihə çərçivəsində ingilis dilli təhsil proqramlarına da yer verilir. İl ərzində tələbə və müəllimlər üçün müxtəlif mövzularda seminarlar və yay məktəbləri təşkil edən Bakı Məlumat Mərkəzi tərəfindən təqaüdlü təhsil proqramları da irəli sürülür.
Sonda tələbələrin mərkəzin iş prinsipi ilə əlaqədar sualları cavablandırılıb, mərkəzin fəaliyyətini dolğun əks etdirən broşürlər paylanılıb.

Səadət Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR