AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının müdiri Günel Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabı işıq üzü görüb.
Geologiya-mineralogiya elmləri doktoru Məmməd Çıraqovun elmi məsləhətçiliyi və redaktorluğu, kimya elmləri doktoru Bayram Rzayev, kimya elmləri doktoru Famil Sadıqov və geologiya-mineralogiya elmləri doktoru Musa Məmmədovun rəyləri ilə nəşr olunan kitab ön söz, giriş, üç fəsil və ədəbiyyat siyahısından ibarətdir.
Nəşrdə müasir analiz metodlarından istifadə etməklə Naxçıvan Muxtar Respublikasının təbii mineralı – seolitin termiki davamlılığı, dehidratlaşma xüsusiyyətləri, sərt təsirlərə qarşı davamlılığı, ion-mübadilə xassələri öyrənilib, seolitlərə xas olan quruluş kəmiyyətləri hesablanıb. Təbii seolitlərin quruluşları, tərkibi, fiziki-kimyəvi xassələri, təsnifatı və nomenklaturası, tətbiq sahələri haqqında yığcam məlumatlar şərh edilib.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi