23 Dekabr 2024, Bazar ertəsi

Dövlət İmtahan Mərkəzi iyulun 22-də 2017-2018-ci tədris ili üçün birinci və dördüncü qruplar üzrə qəbul imtahanları keçirib.
Naxçıvan şəhərində imtahanlar 7 və 14 nömrəli tam orta məktəblərdə, ümumilikdə, 48 zalda keçirilib. Yüz nəzarətçi-müəllimin, 8 rəhbərin cəlb olunduğu imtahanlarda 995 abituriyent iştirak edib.
Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları və ekspertlər tərəfindən imtahan suallarının düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verilib.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri 3-4 gün müddətində Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdiriləcəkdir.

Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR