23 Dekabr 2024, Bazar ertəsi

Dövlət İmtahan Mərkəzi iyulun 14-də 2017-2018-ci tədris ili üçün ikinci və üçüncü qruplar üzrə qəbul imtahanı keçirib.
İmtahan respublikanın 11 şəhərində, ümumilikdə, 66 binada aparılıb. İmtahanların idarə olunmasına 242 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrinin 2728 nəzarətçi-müəllimi cəlb olunub.
İmtahanda 34041 abituriyent iştirak edib. Onlardan 17888-i ikinci, 16153-ü isə üçüncü ixtisas qrupu üzrə imtahan verib. Abituriyentlərdən 31037 nəfəri Azərbaycan bölməsinin, 3004 nəfəri isə rus bölməsinin məzunudur. Onların 25741 nəfəri cari ilin orta təhsil məktəblərinin, 6903 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 176 abituriyent xarici ölkə vətəndaşıdır.
İmtahanlarda iştirak edən abituriyentlər imtahana buraxılış vərəqəsini internet vasitəsilə iyulun 8-dən etibarən əldə ediblər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunub. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılıb.
Naxçıvan şəhərində imtahanlar 1, 7 və 14 nömrəli tam orta məktəblərdə, ümumilikdə, 73 zalda keçirilib. İmtahanlarda 1577 abituriyent iştirak edib. İmtahanlara 152 nəzarətçi-müəllim, 12 rəhbər cəlb olunub.
Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları və ekspertlər tərəfindən imtahan suallarının düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verilib.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri 3-4 gün müddətində Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdiriləcəkdir.

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR