23 Dekabr 2024, Bazar ertəsi

18 iyun – İnsan Hüquqları Günü münasibətilə ali təhsil müəssisələri arasında keçirilən “Xəmsə” intellektual oyununda Naxçıvan Dövlət Universitetinin komandası birinci yerə layiq görülüb. Komandanın üzvləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Dövlət Universiteti tərəfindən sertifikat və fəxri fərmanlarla təltif ediliblər.
Bu münasibətlə keçirilən tədbirdə tələbələri təbrik edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada gənclərə göstərilən yüksək diqqət və qayğıdan danışıb. Vurğulanıb ki, keçirilən yarışlar gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında elmə marağı artırmaq, Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, eləcə də gənc­lərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq məqsədi daşıyır.
Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, dosent Qərib Allahverdiyev, Beynəlxalq münasibətlər ixtisasının III kurs tələbəsi Aslan Səfərov çıxış edərək muxtar respublikamızda gənclərə göstərilən qayğıdan danışıblar.
Sonda yarışın qalibləri mükafatlandırılıblar.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR