23 Dekabr 2024, Bazar ertəsi

 Dövlət İmtahan Mərkəzi iyunun 17-də Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda və Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün (IX-XI siniflər) mərkəzləşmiş qaydada buraxılış imtahanı keçirib. 

Həmin gün respublika üzrə, ümumilikdə, 76 min 636 şagird imtahan verib ki, onlardan da 43 min 781 nəfəri IX, 32 min 855 nəfəri isə XI sinif şagirdləridir.
İmtahanda iştirak edən şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə əldə ediblər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunub. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılıb. İmtahanların idarə olunmasına 264 imtahan rəhbəri, 3356 nəzarətçi-müəllim ayrılıb. İmtahanda iştirak edən nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları üçün təlim-seminarlar keçirilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl imtahan mərkəzlərinə Dövlət İmtahan Mərkəzi əməkdaşlarının iştirakı ilə baxış keçirilib və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilib.
Muxtar respublikada keçirilən imtahanlarda IX siniflər üzrə 3703 şagird, XI siniflər üzrə isə 2969 şagird iştirak edib.
Qeyd edək ki, imtahanların idarə olunması üçün, ümumilikdə, 26 imtahan rəhbəri, 12 ümumi rəhbər, 352 nəzarətçi-müəllim ayrılıb.

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR