25 Dekabr 2024, Çərşənbə

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu tərəfindən ötən il Şahbuz rayonu ərazisindən “Böyük Qarabaddin” adlı əlyazma tapılıb. İlkin araşdırma zamanı müqəddimə hissəsində göstərilən məlumatdan əsərin müəllifinin Əzəm xan olduğu və Məhəmməd Əbdul Rəhman xan tərəfindən tərtib olunaraq çap edildiyi müəyyən olunub. Tədqiqata cəlb olunan nüsxənin bu günlərdə dəqiq araşdırmalardan sonra tibbə aid olduğu müəyyən edilib.
Nüsxənin fars dilində nəstəliq xətt ilə hicri-qəməri tarixinin 1302-ci ilində, miladi tarixinin isə 1880-ci ilində üzü köçürülüb.
Əldə olunan nüsxə əsas və xülasə olmaqla, iki hissədən ibarətdir. Əsərin sonunda verilən cədvəldən xülasənin (395-ci səhifədən 415-ci səhifəyədək) Fazil Naxçıvani tərəfindən işləndiyi müəyyən olunub. Nüsxənin 416-cı – son səhifəsində əsərin üzünün köçürülməsi göstərilib. “Böyük Qarabaddin” adlı əlyazma üzərində aparılan tədqiqat işlərinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR