23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında 2017-ci il 14 yanvar tarixdə imzaladığı Sərəncama uyğun olaraq təşkil edilən tədbiri muxtar respublikanın təhsil naziri Məmməd Qəribov açıb.
Naxçıvanda elm və təhsilin hərtərəfli inkişafına göstərilən yüksək dövlət qayğısından danışan nazir qeyd edib ki, təkcə 2016-cı ildə muxtar respublikada, ümumilikdə, 3414 şagird yerlik 12 məktəb binası istifadəyə verilib, 3 tədris müəssisəsi isə yenidən qurulub.
Bildirilib ki, Naxçıvan Dövlət Universiteti ilə ümumtəhsil məktəblərinin birgə fəaliyyəti təhsil strategiyasının əsasını təşkil etməlidir. Muxtar respublikada 500-700 intervalında bal toplayan abituriyentlərin Naxçıvan Dövlət Universitetini seçmələri bu ali təhsil ocağına olan inamın ifadəsidir.

Nazir universitetin 50 illik yubileyi münasibətilə ali təhsil ocağının pedaqoji kollektivini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxışında Naxçıvan Dövlət Universitetinin tarixi inkişaf yoluna nəzər salan ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəm­ov bu təhsil müəssisəsinin dünyəvi bir universitet olduğunu vurğulayıb.
Rektor universitetin 2014-cü ildə 799 balla, 2017-ci ildə isə 827 balla Azərbaycan Respublikası ali məktəblərinin reytinq cədvəli üzrə birinci yerə layiq görülməsini bu ali təhsil ocağının artan nüfuzunun göstəricisi kimi qiymətləndirib.
Tarix-filologiya fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov, Babək Rayon Təhsil Şöbəsinin müdiri Ovni Muradov yerli kadrların hazırlanmasında Naxçıvan Dövlət Universitetinin mühüm rola malik olduğunu qeyd ediblər.
Sonra “Naxçıvan Dövlət Universitetinin inkişaf yolu” adlı sənədli filmə baxış olub. Rayon mədəniyyət evində keçirilən yubiley tədbirində İncəsənət fakültəsinin bir qrup tələbəsi konsert proqramı ilə çıxış edib.

Səadət Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR