23 Dekabr 2024, Bazar ertəsi

İyunun 5-də Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.
İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə, 29 imtahan binasında aparılıb. İmtahanda şəffaflığın təmin olunması üçün 89 imtahan rəhbəri və 867 nəzarətçi-müəllim ayrılıb.
İmtahan bütün binalarda eyni vaxtda – saat 1300-da başlanıb və 1 saat 30 dəqiqə davam edib.
Muxtar respublikada imtahan Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin binasında keçirilib. Bunun üçün binada 15 imtahan zalı hazır­lanıb. İmtahana 21 nə­zarətçi-müəllim və 2 imtahan rəhbəri cəlb edilib, 224 bakalavr imtahan verib.
İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıqtipli olmaqla, 50 test tapşırığı təqdim olunub. Hər düzgün cavab 1 balla qiymətləndirilir, səhv cavablar ­düzgün cavabların nəticəsinə təsir göstərmir.

Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR