Gürcüstanın Akaki Tsereteli Universitetinin koordinatorluğu ilə reallaşdırılan AESOP layihəsinin növbəti təlimi Portuqaliyanın Braqa şəhərində yerləşən Minho Universitetində keçirilib.
Tədbirdə layihə tərəfdaşı kimi iştirak edən “Naxçıvan” Universitetini bu ali təhsil ocağının tədris şöbəsinin müdiri Anar Abuzərli, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli, layihə koordinatoru Elmira Hüseynova və Xarici dillər kafedrasının müdiri Anara Nəsirli təmsil ediblər. Azərbaycan, Ukrayna və Gürcüstandan nümayəndələrin də iştirak etdiyi təlimin keçirilməsində məqsəd universitetlərdə ombudsman aparatlarının funksiya və strukturunun nəzəri və praktik cəhətdən öyrənilməsindən ibarət olub.
Təlimdə Tələbə Ombudsman Aparatının rəhbəri Paula Cristina Martius iştirakçıları salamlayıb və bu tədbirin mahiyyəti haqqında geniş məlumat verib. Sonra təlim əvvəlcədən müəyyənləşdirilmiş proqram üzrə davam etdirilib.
Nuray ƏSGƏROVA