23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Samirə Həsən­ovanın həmmüəllifi olduqları “Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” adlı monoqrafiya işıq üzü görüb.
AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarı ilə nəşr olunan mono­qrafiyada görkəmli maarifçi-ədib və naşir Məhəmməd ağa Şahtaxtlının dilçilik irsi araşdırılır. Həmçinin əsərdə Məhəmməd ağa Şahtaxtlının ana dili məsələləri, o cümlədən əlifba, terminologiya, tərcümə, ana dilinin saflığı, dil tədrisi haqqında düşüncə və görüşləri o dövrün mətbuat orqanlarının materialları əsasında ətraflı şəkildə təhlil və tədqiq olunur.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2006-cı il 27 fevral tarixdə “Məhəmməd ağa Şahtaxtlının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Naxçıvan şəhərindəki Kitab evinə görkəmli maarifçi-publisistin adı verilib, onun xatirəsi əbədiləşdirilib. Həmçinin Azərbaycan elmində, təhsilində, dövlət quruculuğunda, diplomatiyada, mətbuat tarixində böyük xidmətləri olan Şahtaxtinskilərin ayrı-ayrı nümayəndələri barədə araşdırmalar aparılıb, onların həyatları arxiv materialları əsasında öyrənilib və bir sıra kitab, monoqrafiya, məqalələr yazılaraq geniş ictimaiyyətə təqdim edilib.
“Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” monoqrafiyası da məhz bu sərəncamın icrası istiqamətində həyata keçirilən növbəti tədbirlərdən biridir.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR