Muxtar respublikanın ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında keçirilən həmin müsabiqənin qalibləri mükafatlandırılıblar.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rüstəm Həsənov çıxış edərək müsabiqənin məqsəd və mahiyyəti barədə danışıblar.
Çıxışlarda bildirilib ki, müsabiqənin məqsədi tarixən Yaxın və Orta Şərqin gözəl şəhərlərindən biri kimi tanınan, İslam mədəniyyəti nümunələri ilə zəngin olan Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi yeniyetmə və gənclərin gözü ilə təqdim etmək, onların bu sahədəki biliyini üzə çıxarmaqdır.
Vurğulanıb ki, muxtar respublikamızın İslam mədəniyyətinə, incəsənətinə, mədəniyyət abidələrinə, tarixinə həsr olunmuş inşa yazılar rayon təhsil şöbələri tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olunub və onlardan ən yaxşıları seçilərək mükafata layiq görülüb.
Qeyd edək ki, bu müsabiqə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilib.
Müsabiqədə 4 nəfər həvəsləndirici, 3 nəfər III, 2 nəfər II, 1 nəfər isə I yerə layiq görülüb. Onlara diplom və müxtəlif hədiyyələr təqdim olunub. Fərqlənən və mükafatçılar sırasına düşə bilməyən 5 iştirakçı isə Gənclər Fondunun və Təhsil Nazirliyinin xüsusi diplomları ilə təltif edilib.
Fatma Babayeva