23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın ümumtəhsil məktəblərində bir dərs saatı ümummilli lider Heydər Əliyevə həsr olunub. Heydər Əliyev Muzeyi ilə əlaqə yaradılaraq interaktiv dərs keçilib.
220 təhsil müəssisəsi canlı bağlantı vasitəsilə muzeyə qoşularaq ulu öndərin həyat və fəaliyyəti ilə bağlı “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçilən interaktiv dərsi izləyib.
Muzeyin direktoru Ramil Orucəliyev ulu öndərin həyat və fəaliyyəti, şəxsi arxivindən götürülmüş ayrı-ayrı dövrlərə aid fotolar, habelə müxtəlif eksponatlar barədə ətraflı məlumat verib.
“Tarixdə elə şəxsiyyətlər var ki, onların həyat yolu bütöv bir xalqın və ölkənin taleyində mühüm rol oynayır”, – deyən Ramil Orucəliyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyev belə şəxsiyyətlərin fövqündə dayanır. Ulu öndərimiz xalqımızın arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali idealların gerçəkləşməsinə nail olub. Bu dahi insanın mənalı həyat yolu müstəqil Azərbaycanın siyasi bioqrafiyasına çevrilib. Görkəmli dövlət xadiminin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində dərin kök salıb. Ümummilli liderimizin ölkəmiz üçün göstərdiyi misilsiz xidmətlər tariximizin şanlı səhifəsinə çevrilib. Bu böyük insanın həyat yolu hər bir məktəbliyə, hər bir gəncə nümunədir.

 Nail Əsgərov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR