23 Dekabr 2024, Bazar ertəsi

Dövlət İmtahan Mərkəzi mayın 7-də 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində aparılıb. İmtahanların idarə olunmasına 206 imtahan rəhbəri və orta təhsil müəssisələrindən 2226 nəzarətçi-müəllim cəlb olunub. İmtahan zallarında abituriyent­lərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, binaların girişində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün stasionar metalaxtaran aparatlar quraşdırılıb.
Naxçıvan şəhərində qəbul imtahanları 7 və 14 nömrəli tam orta məktəblərdə aparılıb. İmtahan üçün 1089 nəfər qeydiyyatdan keçib. İmtahana 96 nəzarətçi, 8 imtahan rəhbəri cəlb olunub, bir gün əvvəl onlara seminar-treninqlər keçirilib.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılıb. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları və ekspertlər tərəfindən imtahana salınmış sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verilib. İmtahana salınmış sualların düzgün cavabları eyni zamanda Dövlət İmtahan Mərkəzinin saytında və mərkəzin “Facebook” səhifəsində yerləşdirilib.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdiriləcək.

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR