23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Tədbirlər Planına uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Gənclər Azərbaycanın gələcəyidir” mövzusunda iki mərhələdən ibarət inşa yazı müsabiqəsi keçirilib.
Ötən gün müsabiqənin muxtar respublika mərhələsi olub. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov bildirib ki, ümummilli liderimiz, Türk dünyasının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyət Heydər Əliyev xalqımızın qəlbində əbədiləşən bəşəri dühadır. Müstəqil Azərbaycanın sabahkı qurucuları bu dahi şəxsiyyətin irsini layiqincə öyrənirlər.

Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin direktoru Namiq Məmmədov, Qızlar Liseyinin direktoru Aidə Allah­verdiyeva, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Həbib Ələkbərov çıxış edərək vurğulayıblar ki, müstəqil Azərbaycanın çiçəklənmə, intibah dövrünün başlanması Heydər Əliyev dühasının bəhrəsidir. İnşa yazı müsabiqəsinin yekun mərhələsinə təqdim olunmuş 220-dən çox inşa yazı işi üzrə 11 şagird mükafata layiq görülüb, onlardan 5 nəfər müvafiq yerlər üzrə mükafatlandırılıb.
Ordubad şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Aysu Hətəmova və Şərur rayon Zeyvə kənd tam orta məktəbinin XI sinif şagirdi Səltənət Həsənova 3-cü yerə, Sədərək rayonunun Heydərabad qəsəbə tam orta məktəbinin X sinif şagirdi Yerdelen Hüseyn və Naxçıvan Qarnizonu tam orta məktəbinin VIII sinif şagirdi Aytəkin Bağırova 2-ci yerə, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ağanemət Daşqınlı isə 1-ci yerə layiq görülüblər.

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR