23 Dekabr 2024, Bazar ertəsi

Dövlət İmtahan Mərkəzi aprelin 30-da 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. 

İmtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə, 66 binada aparılıb. İmtahanların idarə olunmasına 237 imtahan rəhbəri və orta təhsil müəssisələrindən 2637 nəzarətçi-müəllim cəlb olunub.
İmtahan zallarında abituriyent­lərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, binaların girişində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün stasionar metalaxtaran aparatlar quraşdırılıb.

Məlumat üçün bildirək ki, imtahanda 35433 abituriyent iştirak edib. Onlardan 18681 abituriyent II, 16752 abituriyent isə III qrup üzrə imtahan verib. Abituriyentlərin 32089 nəfəri Azərbaycan bölməsinin, 3344 nəfəri isə rus bölməsinin məzunudur. Onlardan 16233-ü oğlan, 19200-ü qızdır.
İmtahan bütün binalarda saat 1100-da başlayıb və 3 saat davam edib.
Naxçıvan şəhərində qəbul imtahanları 1, 7 və 14 nömrəli tam orta məktəblərdə olub. İmtahan üçün 1618 nəfər qeydiyyatdan keçib. 141 nəzarətçi, 12 imtahan rəhbərindən 6 imtahan rəhbəri və nəzarətçi regional bölmənin bazasından olub. İmtahanda iştirak edən nəzarətçilər və imtahan rəhbərlərinə imtahandan bir gün əvvəl seminar-treninqlər keçirilib.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılıb. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları və ekspertlər tərəfindən imtahana salınmış sualların düzgün cavabları və test tapşı­rıqları ilə bağlı geniş izahat verilib. İmtahana salınmış sualların düzgün cavabları eyni zaman­da Dövlət İmtahan Mərkəzinin saytında və Face­book səhifəsində yerləşdirilib.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdiriləcək.

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR