23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə VII-VIII sinif şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə ümumrespublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona turu təşkil olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Mahir Əliyev çıxış edərək muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb.
“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov çıxışında Azərbaycan məktəblərində rus dilinin tədris olunmasını iki ölkə arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirib, belə tədbirlərin Rusiya və Azərbaycanın qarşılıqlı əlaqələrinin inkişafında böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, olimpiada iştirakçılarına uğurlar arzulayıb.
Valentin Denisov olimpiadanın keçirilməsində göstərilən diqqətə görə minnətdarlı­ğını bildirib.
Tədbirin ədəbi-bədii hissəsində məktəbin şagirdlərinin ifasında Azərbaycan və rus dillərində şeirlər və mahnılar səsləndirilib.
Şagirdlərə olimpiadanın qaydaları haqqında məlumat verildikdən sonra olimpiadanın zona turu başlayıb.
Qeyd edək ki, rus dili və ədəbiyyatı fənni üzrə IX ümumrespublika olimpiadası Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Tural AĞAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR