23 Dekabr 2024, Bazar ertəsi

Konfransı rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq ali təhsil ocağının 50 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısı kimi dəyərləndirib.
“Naxçıvan Muxtar Respublikasında elmin inkişafında Naxçıvan Dövlət Universitetinin rolu” adlı məruzə ilə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev bildirib ki, Naxçıvan Dövlət Universiteti muxtar respublikada digər elm və təhsil müəssisələrinin yaranması, inkişafı və formalaşmasında, onların kadr potensialı ilə təmin olunmasında əhəmiyyətli rol oynayıb. Hazırda Naxçıvan Dövlət Universitetində 385 nəfərdən ibarət professor-müəllim heyəti çalışır ki, onlardan 2 nəfəri AMEA-nın müxbir üzvü, 18 nəfəri elmlər doktoru, 175 nəfəri isə fəlsəfə doktorudur. Universitetdə bakalavr, magistr, fəlsəfə və elmlər doktoru hazırlığı işi yüksək səviyyədə aparılır.
Konfransda çıxış edən İqdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma rəhbərlik etdiyi universitetin strukturu və fəaliyyəti haqqında məlumat verib. Rektor universitet rəhbərliyini və müəllim-tələbə kollektivini yubiley münasibətilə təbrik edib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “Naxçıvan Muxtar Respublikasında müəllim kadrlarının hazırlığında Naxçıvan Dövlət Universitetinin rolu” adlı məruzə ilə çıxış edərək bildirib ki, universitetin məzunları bu gün Azərbaycanda milli dövlət quruculuğunun müxtəlif sahələrində yaxından iştirak edirlər.
“Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev “Naxçıvan Dövlət Universitetinin ali təhsil müəssisələri sırasında yeri” adlı məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, ali təhsil ocağı böyük inkişaf yolu keçərək qədim diyarın əsas elm, təhsil və mədəniyyət mərkəzinə çevrilib. Universitet Azərbaycanın 42 ali təhsil ocağı arasında özünün həm ənənələri, həm nailiyyətləri ilə seçilir.
Konfrans üç bölmə iclası ilə işini davam etdirib.

Nərmin Cabbarova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR