23 Dekabr 2024, Bazar ertəsi

İstedadlı şagirdlərin aşkar edilməsi, onların potensiallarının artırılması, həmçinin şagirdlər arasında sağlam rəqabət şəraitinin yaradılması məqsədilə təşkil olunan respublika fənn olimpiadalarının final mərhələsi IX, X və XI sinif şagirdləri arasında 8 fənn üzrə keçirilib.
Bu il olimpiadanın final mərhələsində muxtar respublika üzrə Azərbaycan dili fənnindən 12, tarixdən 7, coğrafiyadan 20, riyaziyyatdan 8, fizikadan 3, kimyadan 5, biologiyadan 10, informatikadan 1 məktəbli olmaqla, ümumilikdə, 66 şagird iştirak edib. Fənn olimpiadalarının final mərhələsində şagirdlərə açıqtipli, isbat, izahat, həll tələb edən sual və tapşırıqlar təqdim olunub.
Məlumat üçün bildirək ki, bu il keçirilən respublika fənn olimpiadalarında muxtar respublikanın ümumtəhsil məktəblərindən 208 şagird yarımfinal turunda iştirak edib və onlardan 66-sı final mərhələsinə qatılmaq hüququ qazanıb. Ötən illə müqayisədə bu göstərici 21 nəfər çoxdur. Belə ki, ötən il keçirilən fənn olimpiadalarının final mərhələsində 45 şagird iştirak etmişdi.
Qeyd edək ki, son mərhələdə iştirak edən bütün şagirdlərə olimpiadanın “İştirak” sertifikatı veriləcək. Yekunda hər fəndən ölkə üzrə 30 nəfər qalib seçiləcək. Final mərhələsində qalib gələn şagirdlər müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunacaqlar. Hər bir fəndən ölkə üzrə ən güclü şagird “Birincilərin birincisi” nominasiyası üzrə təltif ediləcək.

 Nail Əsgərov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR