23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun Naxçıvan şəhər birinciliyi keçirilib.
Oyun yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onların biliklərə olan maraqlarını artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək məqsədilə təşkil olunub.
Tədbirdə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Baba Əliyev çıxış edərək bildiriblər ki, bilik yarışması Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyəti və tarixinin təbliğində, gənclərdə təfəkkürün formalaşmasında, onlarda zehni qabiliyyət və bacarıqların inkişafında mühüm rol oynayacaq.
8 komandanın iştirak etdiyi intellektual oyun 2 mərhələ və final, hər mərhələ isə beş raunddan ibarət olub. Gərgin keçən mübarizə nəticəsində 8 nömrəli tam orta məktəbin “Lider” komandası qalib adını qazanıb. 5 nömrəli tam orta məktəbin “Göytürk” komandası ikinci, 12 nömrəli tam orta məktəbin “Zəfər” komandası yarışın üçüncüsü olub.
Qaliblərə diplom, fəxri fərman, kubok və bilik kitabları hədiyyə olunub.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR