23 Dekabr 2024, Bazar ertəsi

Culfa şəhərində keçirilən tədbiri rayon Təhsil Şöbəsinin müdiri Adəm Qasımov açıb.
Universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev qeyd edib ki, 1967-ci ildə 3 ixtisasla Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyətə başlayan universitet hazırda 57 ixtisas üzrə bakalavr, 46 ixtisas üzrə magistr, 31 ixtisas üzrə doktorant hazırlığı aparılan və dünyaya inteqrasiya edən ali təhsil ocaqlarından biridir. Burada güclü maddi-texniki baza, elektron sənəd dövriyyəsi, elektron təhsil şəbəkəsi yaradılıb, imtahanlar elektron qaydada keçirilir.
Prorektor vurğulayıb ki, universitet əməkdaşlarının 400-dən artıq kitabı, 5000-ə yaxın məqaləsi işıq üzü görüb. Məqalələrin 400-ü xaricdə nüfuzlu jurnallarda dərc edilib. Yüzlərlə elmi-tədqiqat işlərinin 70 faizi doğma Naxçıvanın öyrənilməsinə həsr olunub. Naxçıvan Dövlət Universiteti 80-dən çox xarici universitetlə müəllim-tələbə mobilliyi həyata keçirir. 10-dan çox xarici ölkə­dən 360-dan artıq tələbə universitetdə təhsil alır.
Tədbirdə Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Hüseyn Həşimli, Ümumi və nəzəri fizika kafedrasının müdiri, dosent Fərman Qocayev, Riyazi analiz kafedrasının müdiri, dosent Elşad Ağayev və kafedranın müəllimi, dosent Sahib Əliyev çıxış edərək universitetin keçdiyi inkişaf yolundan bəhs ediblər.

Taleh HAXVERDİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR