23 Dekabr 2024, Bazar ertəsi

 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən reallaşdırılan “İnteraktiv açıq dərs” layihəsi çərçivəsində Naxçıvan Dövlət Texniki Kollecində ingilis dili müəllimi Gülcahan Hacızadə tərəfindən müasir metodla ingilis dilində açıq dərs keçilib.

Azərbaycan, eləcə də Naxçıvan haqda biliklərin möhkəmləndirilməsinə hədəflənmiş açıq dərsdə tələbələr 4 qrupa bölünüb, qruplara qrup işləri verilib. Qrup işi fərqli tapşırıqlardan ibarət olub. Qrup üzvləri sualları ingilis dilində cavablandırıb, verilən tapşırıqları yerinə yetiriblər. Onlar ölkəmiz, onun bölgələri, eləcə də muxtar respublika haqda məlumatlı olduqlarını nümayiş etdiriblər. Açıq dərs qiymətləndirmə ilə sona çatıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına təkan verib. 2014-cü il iyulun 18-də muxtar respublika Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin distant təhsilin muxtar respublikada tətbiqi üçün müvafiq qurumlara müxtəlif tapşırıqlar verməsi, tapşırıqların uğurlu icrası bu sahədə böyük nailiyyətlər qazanılmasına imkan yaradıb.

 

Ötən müddətdə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təşkili məqsədilə mərkəzi server qurulub, ümumtəhsil məktəbləri və muzeylər bu sistemə qoşulub. Həmin sistemdən videokonfransların, müəllim-şagird dialoqunun, mühazirələrin onlayn rejimdə təşkilində, seminarların, interaktiv açıq dərslərin keçirilməsində istifadə olunur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR