23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun “Sorbsiya prosesləri” laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Glass Physics and Chemistry” (№5, 2016) adlı beynəlxalq jurnalda məqaləsi dərc edilib. Qeyd edək ki, bu jurnal Tomson reestr siyahısındadır. Məqalə internet üzərindən 40 avroya satışa çıxarılıb.
Məqalədə yerli xammal – qalluazit, dolomit və vulkanik şüşə əsasında kalsium tərkibli qmelinit seolitinin sintezindən bəhs olunur. Alınmış seolitin dehidratlaşma-rehidratlaşma, kation mübadilə xassələri tədqiq olunmuş və oksigen həcmi hesablanmışdır.

Seolitlərin praktiki əhəmiyyəti davamlı olaraq yüksəlir. Son 20 ildə aparılan çoxsaylı tədqiqatlar da bunu sübut edir. Seolitlər karbohidrogenlərin çevrilmələri zamanı katalizator kimi tətbiq olunur. Digər yeni istiqamətlər – üzvi və karbohidrogenlər əsasında sintez, bir-birinə yaxın temperaturda qaynayan maddələrin ayrılması, radionuklidlərin yığılması, mineral gübrələrin mikroflorasının yaxşılaşdırılması, sənaye və məişət sularından zərərli qarışıqların ayrılmasında da seolitlərdən istifadə edilir.
Seolitlər insanlığın qarşısında duran üç vacib problemin həllində mühüm rol oynayır: effektiv enerjini qoruyan proseslərin inkişafı; kənd təsərrüfatı məhsullarının məhsuldarlığının artırılması; sənaye və urbaniləşmənin inkişafı nəticəsində yaranan ekoloji problemlərin həlli.
Qeyd edək ki, həmin nüfuzlu jurnalda müəllifin iki məqaləsi çap olunub.
Günel Məmmədova həm də Rusiya Federasiyasının Krasnoyarsk şəhərində fəaliyyət göstərən Elmi-innovasiya mərkəzi tərəfindən elmi tədqiqatların inkişafındakı roluna görə Fəxri fərmanla təltif olunub.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR