23 Dekabr 2024, Bazar ertəsi

Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov çıxış edərək institutun 2016-cı ilə olan yekun rəqəmlərini diqqətə çatdırıb. Bildirib ki, cari ildə 11 iş 24 mərhələdə yerinə yetirilib. Tədqiqat ilində institut əməkdaşlarının 129 elmi əsəri (64-ü beynəlxalq kodlu jurnallarda işıq üzü görüb) çap edilib. Hesabat ilində 8 monoqrafiya, 7 kitab, 3 metodik vəsait, 2 tövsiyə, 107 elmi məqalə, bunlardan da 26 elmi məqalə və konfrans materialı xaricdə nəşr olunub. 2 məqalə, 4 kitab isə işlənilərək nəşriyyata təhvil verilib. Tədqiqat ilində əməkdaşlar bölgəmizə xaricdən gələn ekspertlərlə birlikdə beynəlxalq ekspedisiyalarda iştirak ediblər.

Vurğulanıb ki, 2016-cı ildə institut Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi müsabiqədə “Naxçıvan Muxtar Respublikasının tətbiq yönümlü perspektivli yabanı və mədəni qida bitkilərinin genofondunun elmi əsaslarla kompleks tədqiqi” adlı qrant layihəsində, eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi gənc alimlərin III qrant müsabiqəsində qalib olub. Haliyədə də layihəyə aid tədqiqat işləri davam etdirilir.
Qeyd olunub ki, institutda elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması üçün herbari fondunun avadanlıqlarla təchizatının yaxşılaşdırılmasına və ekspedisiya işlərinin uzunmüddətliliyinin təmin edilməsinə ehtiyac duyulur.
Tədbirdə AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev və Vəli Baxşəliyev çıxış edərək institutun il ərzindəki elmi göstəricilərini qənaətbəxş hesab ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə institutun fəaliyyətini əks etdirən videogörüntü və elmi nəşrlərdən ibarət sərgi nümayiş olunub.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR