23 Dekabr 2024, Bazar ertəsi

Türkiyənin müxtəlif muzey və kitabxanalarında XIII əsrdə yaşamış görkəmli Azərbaycan alimi Hinduşah ibn Səncər Naxçıvaninin “Əs-Sihəhül Əcəmiyyə” adlı farsca-türkcə lüğətinin əlyazma nüsxələri qorunub saxlanılır.

Bu günlərdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Türkiyənin İstanbul şəhərinin Süleymaniyə Kitabxanasından və Topqapı Sarayı Muzeyindən Hinduşah ibn Səncər Naxçıvani tərəfindən XIII əsrin sonlarında fars və türk dillərində qələmə alınan “Əs-Sihəhül Əcəmiyyə” adlı əlyazmanın XV əsrə aid iki nüsxəsinin fotosurətlərini əldə edərək bölməyə gətirib.
Tədqiqata cəlb olunan əlyazmanın bir nüsxəsi 108 səhifədən, o biri nüsxəsi isə 77 səhifədən ibarətdir. Qeyd edək ki, əsər təkcə lüğət olmamış, eyni zamanda Qafqaz, Anadolu, Balkanlar və Yaxın Şərq mədrəsələrində dərs vəsaiti kimi də istifadə edilib. Buna görə də dünyanın müxtəlif kitabxana və muzeylərində sözügedən əsərin bu günə kimi 100-ə qədər nüsxəsi mühafizə olunmaqdadır.
Məlumat üçün onu da qeyd edək ki, həmin əlyazmaların fotosurətləri AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun materialları sırasına daxil edilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR