23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Naxçıvan Muxtar Respublikası Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Nuh yurdu” intellektual oyununun Naxçıvan Muxtar Respublika zona birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev çıxış edərək intellektual oyunun keçirilməsi məqsədlərindən danışaraq bildiriblər ki, yarışda şəhər və rayon birinciliklərində qalib olmuş komandalar mübarizə aparırlar. Oyunun keçirilməsində məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.

Birincilik iki əsas, bir final mərhələsindən ibarət olub. Finalda Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin “Nuh yurdu” komandası, Şahbuz rayon Kolanı kənd tam orta məktəbinin “Zəka” komandası, Kəngərli rayon Xok kənd tam orta məktəbinin “Möminə xatın” komandası, Culfa şəhər 3 nömrəli tam orta məktəbin “Odlar yurdu” komandası iştirak ediblər.
Yekun nəticəyə əsasən, Şahbuz rayon Kolanı kənd tam orta məktəbinin “Zəka” komandası zona birinciliyinin qalibi olub. Digər iki pillədə isə Kəngərli rayon Xok kənd tam orta məktəbinin “Möminə xatın” və Culfa şəhər 3 nömrəli tam orta məktəbin “Odlar yurdu” komandaları qərarlaşıblar.
Qaliblərə təşkilatçıların diplom, fəxri fərman və kubokları təqdim olunub.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR