23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildinin hazırlanması istiqamətində görülən son işlərlə əlaqədar işçi qrupunun növbəti yığıncağı olub.
Yığıncaqda ikicildliyin birinci cildində fəsillər üzrə xronoloji ardıcıllıqla toplanılmış məqalələrə baxılıb, şəkillər, xəritələr, cədvəllər yenidən nəzərdən keçirilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun, Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəylinin, AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadənin, həmin institutun baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsən­ovun və aparıcı elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Elina Kərimova­nın yaxından iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi çapa təqdim olunub.
Qeyd edək ki, ilk dəfə hazırlanan “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildində zəngin şəraitə və təbii ehtiyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələrinə dair məlumatlar verilib. Fundamental əsərdə Naxçıvan ərazisinin oroqrafiyası, geoloji quruluşu, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılmaqla fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılıb və onlar geniş şərh edilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR