23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin aparıcı əməkdaşları ilə universitetin magistrantlarının görüşü keçirilib.
Ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə 1997-ci ildə təməli qoyulan magistratura pilləsi üzrə təhsilin səviyyəsindən danışıb. Bildirilib ki, magistraturanın fəaliyyəti 37 kafedranı əhatə edir. Universitetdə 47 ixtisas üzrə magistratura təhsili verilir.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ümummilli lider Heydər Əliyevin qayğısı ilə 2002-ci ildə yaradılan AMEA Naxçıvan Bölməsi Naxçıvanın mühüm elmi-tədqiqat mərkəzidir. Burada 6 elmi-tədqiqat institutu, Biokimyəvi tədqiqatlar laboratoriyası, “Nəbatat bağı”, zəngin elektron kitabxana, “Tusi” nəşriyyatı, iki seriyada nəşr olunan “Xəbərlər” jurnalı, “Axtarışlar” jurnalı, Dissertasiya Şurası fəaliyyət göstərir.
Qeyd olunub ki, bu illər ərzində bölmənin əməkdaşları tərəfindən 2 cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan tarixi” çoxcildliyi, “Naxçıvan teatrının salnaməsi”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, 2 cilddə Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı” kimi fundamental nəşrlər hazırlanıb. Akademik İsmayıl Hacı­yev Naxçıvan Dövlət Universitetinin AMEA Naxçıvan Bölməsi üçün fundamental kadr potensialı rolu oynadığını vurğulayıb, magistrantlara boş iş yerləri haqqında məlumat verib.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov da magistrantlara yaradıcı elmi tədqiqatla məşğul olmağı tövsiyə edib, elmi nailiyyətlər qazanmağın sonsuz maraq və sevgi, elmi fədakarlıq nəticəsində mümkünlüyünü vurğulayıb.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR