23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi ayda bir dəfə olmaqla şahmat məşğələləri keçirilir.
Ötən tədris ilindən başlayaraq keçirilən məşğələlər yeni tədris ilində də davam etdirilir.
Naxçıvan Şahmat Mərkəzində növbəti məşğələ keçirilib. Məşğələ şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi, beynəlxalq usta Fikrət Sideifzadə tərəfindən tədris olunub, şəhər və rayon şahmat məktəblərindən 150-yə yaxın gənc şahmatçı elektron lövhələrdə məşğələni izləyiblər. Məşğələ zamanı gənc şahmatçıların sualları Fikrət Sideifzadə tərəfindən cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan və qabaqcıl şahmat müəllimləri tərəfindən tədris edilən innovativ məşğələlərin keçirilməsində məqsəd şahmatın kütləviliyinə nail olmaq, şagirdlərin bu idman növünə meyil və maraqlarını daha da artırmaq, qarşılıqlı fikir mübadiləsi aparmaqla şahmatçılar arasında rəqabət mühitini formalaşdırmaqdır.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR