23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AMEA-nın 70 illik yubileyindəki nitqində müstəqilliyin 25 illik yubileyi ilə bağlı ayrıca əsərlərin yazıl­ması zərurətini xüsusi vurğulayıb. Akademik­ İsma­yıl Hacıyevin müəllifi olduğu “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” adlı monoqrafiyanın və “Naxçıvan müstəqillik illərində: hədəflər, inkişaf nəticələr” adlı məqalələr toplusunun işıq üzü görməsi də bu zərurətdən qaynaqlanıb.
Bu fikirlər AMEA Naxçıvan Bölməsində keçirilən təqdimat mərasimində səsləndirilib. Mərasimi giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev müstəqillik dövrünün tarixinin obyektiv elmi faktlar əsasında öyrənilməsinin vacib əhəmiyyətindən danışıb. Qeyd edilib ki, ötən 25 illik müddət ərzində Naxçıvan Muxtar Respublikası da özünəməxsus inkişaf yolu keçib.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Naxçıvan Muxtar Respublikasının müstəqillik illərindəki tarixinə həsr edilmiş əsər” adlı məruzəsində akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” adlı monoqrafiyasının elmi məziyyətlərindən bəhs edib. Bildirib ki, monoqrafiyada Naxçıvan Muxtar Respublikasının keçdiyi yol çox müfəssəl şəkildə işıqlandırılıb, müstəqilliyimizin təməl prinsiplərinin Naxçıvanda müəyyənləşdirildiyi elmi faktlarla ortaya qoyulub.
Həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov “Naxçıvan Muxtar Respublikasının müstəqillik illərindəki inkişafına həsr olunmuş əsər” adlı məruzəsində isə “Naxçıvan müstəqillik illərində: hədəflər, inkişaf nəticələr” adlı məqalələr toplusunda yer alan məqalələrin mahiyyəti və məzmunu barədə məlumat verib. Vurğulanıb ki, topluda Naxçıvan Muxtar Respublikasında ictimai həyatın müxtəlif sahələrində 25 il ərzindəki inkişaf yolu təhlil edilib.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Elnur Kəlbizadə və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev məruzələr ətrafında çıxışlar ediblər.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR