23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında yeni təhsil müəssisələrinin tikilməsi, fənn kurikulumları və təhsil standartlarının tətbiqi, informasiya-kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer ayrılması, milli-mənəvi irsimizin öyrənilməsi üçün interaktiv əlaqələrin təşkili, nümunə dərslərinin tədrisi, distant təhsilin reallaşdırılması təhsil sahəsində uğurların qazanılmasına şərait yaratmışdır.
Tikilən və ya əsaslı şəkildə yenidən qurulan bütün təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuşdur. Ümumtəhsil məktəblərində 635 elektron lövhə quraşdırılmış və təhsil müəssisələrinə 3801 dəst kompüter verilmişdir ki, onların da 2966-sı internet şəbəkəsinə ­qoşulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 iyun 2014-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində milli-mənəvi dəyərlərimizi özündə əks etdirən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr yaradılır ki, bu da şagirdlərin biliklərinin və milli-mənəvi irsimizə marağının artırılmasında mühüm rol oynayır. 2015-2016-cı tədris ili ərzində Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və digər muzeylərlə ümumtəhsil məktəbləri arasında canlı bağlantılar yaradılaraq dərslər keçirilmişdir.

Muxtar respublikada həyata keçirilən təhsil islahatı, məktəblərin müasir elektron tədris avadanlıqları ilə təchiz olunması son illər şagirdlərin təhsilə marağını daha da artırmışdır. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, 2015-2016-cı ildə məktəbi bitirən məzunlardan 14-ü “Qızıl”, 13-ü isə “Gümüş” medallara layiq görülmüşdür. Həmin məzunlar onlara göstərilən etimadı doğrultmuş, qəbul imtahanlarında 12-si 600-650, 15-i isə 650-700 arası bal toplamışlar.

Ali təhsil müəssisələrinə qəbul barədə

Yaradılmış şərait nəticəsində qabaqcıl təhsil mühiti formalaşmış, şagirdlərin təhsilə marağı artmış, nəticədə ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələri ilbəil artmışdır. 2016-cı ildə XI sinfi bitirən 3138 məzundan 2469-u, yəni məzunların 78,7 faizi ali və orta ixtisas məktəblərinə sənəd vermişdir. Sənəd verənlərdən 1225-i və ya 49,6 faizi oğlan, 1244-ü və ya 50,4 faizi isə qızlar olmuşdur.
Ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edən məzunlardan 1538-i, yəni sənəd verənlərin 60,3 faizi tələbə adını qazanmışdır. Onlardan 725-i və ya 47 faizi oğlanlar, 813-ü və ya 53 faizi qızlardır. Ali məktəblərə qəbul olan məzunların 338-i imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 intervalında bal toplamışlar. Bu da ali məktəblərə qəbul olanların 22 faizini təşkil edir.
Muxtar respublikada ali təhsil müəssisələri üçün yaradılan şəraitin nəticəsidir ki, yüksək bal toplayan abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük vermişlər. Belə ki, yüksək bal toplayan abituriyentlərdən 178-i Naxçıvan Dövlət Universitetinə, 27-si Azərbaycan Tibb Universitetinə, 25-i Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 23-ü Azərbaycan Dövlət İqtisad Universitetinə, 20-si Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 16-sı Bakı Dövlət Universitetinə, 12-si Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, 8-i Azərbaycan Dillər Universitetinə, 6-sı Milli Aviasiya Akademiyasına, 5-i Azərbaycan Diplomatik Akademiyasına, 5-i Bakı Ali Neft Məktəbinə, 5-i “Qafqaz” Universitetinə, 2-si Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına, 1-i Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına, 1-i Azərbaycan Texniki Universitetinə, 1-i Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasına, 1-i Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə, 1-i Moskva Dövlət Universitetinin Bakı filialına, 1-i isə “Xəzər” Universitetinə qəbul olmuşlar.
Muxtar respublikanın ümumtəhsil məktəblərindən ayrı-ayrı ali təhsil müəssisələrinə şəhər və rayonlar üzrə qəbul aşağıdakı kimi olmuşdur: 

2015-2016-cı tədris ilində muxtar respublikanın şəhər və rayonlarının
ümumtəhsil məktəblərindən ali məktəblərə qəbulun statistik göstəriciləri

 Orta ixtisas təhsili müəssisələrinə qəbul barədə

Ümumtəhsil məktəbləri ilə yanaşı, orta ixtisas məktəblərində də təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə informasiya texnologiyalarının tətbiqi diqqətdə saxlanılmış, Naxçıvan Dövlət Texniki Kollecinə 66, Naxçıvan Musiqi Kollecinə 15, Naxçıvan Tibb Kollecinə isə 33 kompüter verilmişdir. Verilmiş kompüterlərin hamısı internet şəbəkəsinə qoşulmuşdur. Eyni zamanda Naxçıvan Musiqi Kollecində 5, Naxçıvan Dövlət Texniki Kollecində 14, Naxçıvan Tibb Kollecində isə 6 elektron lövhə quraşdırılmışdır.
Muxtar respublikada orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, qəbul planlarının artırılması, yeni ixtisasların yaradılması şagirdlərdə bu sahəyə marağı xeyli artırmışdır. Belə ki, 2015-2016-cı tədris ili ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə muxtar respublika üzrə 855 məzun sənəd vermişdir. 567 məzun orta ixtisas məktəblərinə qəbul olmuşdur ki, bunun da 315-i ümumi orta təhsil bazasından, 252-si isə tam orta təhsil bazasından olan məzunlardır. Məzunların orta ixtisas təhsili müəssisələri üzrə qəbulu aşağıdakı kimi olmuşdur:

2015-2016-cı tədris ilində muxtar respublikanın şəhər və rayonlarının ümumtəhsil məktəblərindən orta ixtisas məktəblərinə qəbulun statistik göstəriciləri

(XI sinif bazasından)

2015-2016-cı tədris ili üçün muxtar respublikanın şəhər və rayonlarının ümumtəhsil məktəblərindən orta ixtisas məktəblərinə qəbulun statistik göstəriciləri

(IX sinif bazasından)

Hərbi təhsil barədə 

Naxçıvan Muxtar Respublikasında məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi daim diqqət mərkəzində saxlanmışdır. Belə ki, muxtar respublikada Heydər Əliyev adına Hərbi Liseyin yaradılması, təhsil müəssisələrində hərbi kabinələrin fəaliyyət göstərməsi, onlara lazımi avadanlıqların verilməsi, hər il hərbi rəhbərlərin toplantısının keçirilməsi, onların xüsusi hərbi geyim forması ilə təmin olunması, eyni zamanda bu sahə üzrə həyata keçirilən müxtəlif tədbirlər, yarış və müsabiqələr məktəbli gənclərin ibtidai hərbi hazırlığına, vətənpərvərlik hissinin gücləndirilməsinə müsbət təsir göstərmiş, hərbi təhsilə marağı xeyli artırmışdır. Nəticədə, 2016-cı ildə məzunlardan 191-i xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd vermiş, onlardan 63-ü müvafiq ixtisaslara qəbul olmuşlar. Heydər Əliyev adına Hərbi Liseyə isə sənəd vermiş 952 məzundan 213-ü qəbul olmuşdur ki, bunun da 152-si muxtar respublikadan, 61-i isə Azərbaycanın digər­ rayonlarındandır.
Hərbi liseyə muxtar respublikanın şəhər və rayonlarından qəbul aşağıdakı kimi olmuşdur:

2015-2016-cı tədris ili üçün şəhər və rayonlar üzrə  ümumtəhsil məktəblərindən

Heydər Əliyev adına Hərbi Liseyə qəbulun statistik göstəriciləri

2016-cı ildə Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 199-u ölkəmizin müxtəlif ali hərbi məktəblərinə qəbul olmuşdur. 

YEKUN

2016-cı ildə məzunlardan 1475-i ali təhsil müəssisələrinə, 262-si müxtəlif ali hərbi və xüsusi təyinatlı ali məktəblərə, 252-si isə tam orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Tam orta təhsil bazasından ali və orta ixtisas məktəblərinə 1989 məzun qəbul olmuşdur ki, bu da sənəd verənlərin 74,4 faizini təşkil edir. Ötən illə müqayisədə ali və orta ixtisas məktəblərinə qəbulda 3,2 faiz artım olmuşdur.
Muxtar respublikada təhsilin dövlət qayğısı ilə əhatə edilməsi əldə olunan uğurlu nəticələrin gələcək illərdə də davamlı xarakter alacağını şərtləndirir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR