23 Dekabr 2024, Bazar ertəsi

25-29 sentyabr 2016-cı il tarixlərdə İsveçin Upsala Universitetində “Azərbaycanda doktorantura təhsilinin vahid Avropa ali təhsil məkanının standartlarına uyğunlaşdırılması və strukturlaşdırılması” (“Nizami”) layihəsinin üçüncü seminarı keçirilib. Qeyd edək ki, layihənin ilkin işçi görüşü 6-10 dekabr 2015-ci il tarixlərdə Fransanın Monpelye Universitetində baş tutub.
Seminarın keçirilməsində əsas məqsəd bir il ərzində görülən işlərin müzakirəsi və gələcək fəaliyyət planının müəyyənləşdirilməsindən ibarət olub. Seminarda layihənin tərəfdaşları olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Azərbaycan Memarlıq və İnşaat, Dövlət İqtisad, Bakı Dövlət, Naxçıvan Dövlət, Dövlət Aqrar, Xəzər, Texniki, Dillər universitetlərindən, Avropadan isə 4 ali təhsil müəssisəsindən nümayəndələr iştirak ediblər.

Naxçıvan Dövlət Universitetini seminarda rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov və layihənin universitet üzrə əlaqələndiricisi, elmi işlər üzrə prorektor, dosent Mübariz Nuriyev təmsil ediblər.
Məlumat üçün bildirək ki, Azərbaycanın qabaqcıl tədris ocaqlarından olan Naxçıvan Dövlət Universiteti 2011-ci ildə “Erasmus+”, “Erasmus Humeria” layihələrinə qoşulub. Tədris ocağı həmçinin Avropa Birliyinin 7 Tempus layihəsinin də iştirakçısıdır. Layihələr çərçivəsində universitet əməkdaşlarının müxtəlif xarici ölkələrdə keçirilən konfranslarda iştirakı təmin edilir, tələbə və müəllim mübadiləsi həyata keçirilir, eləcə də xarici mütəxəssislərin universitetdə görüşləri və dərsləri təşkil olunur.
“Nizami” layihəsinin seminarında Azərbaycanda doktorantura təhsilinin yaradılması, təşkili qaydaları və mövcud vəziyyəti ilə bağlı təqdimatlar dinlənilib, həmçinin Avropada doktorantura təhsilinin təşkili qaydaları müzakirə olunub və Azərbaycanın doktorantura təhsili ilə müqayisələr aparılıb.

Nərmin Cabbarova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR