Naxçıvan Dövlət Universitetində 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş elmi konfrans keçirilib.
Elmi işlər üzrə prorektor, dosent Mübariz Nuriyev müəllimləri bayram münasibətilə təbrik edərək bu peşənin müqəddəsliyindən və məsuliyyətindən danışıb.
Qeyd olunub ki, Azərbaycanda müəllim kadrlarının hazırlanması və təkmilləşdirilməsi işi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə mühüm işlər görülür.
Sonra Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Elbəyi Maqsudovun “Müasir dərs və müəllim-tələbə münasibətləri”, Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Vahid Rzayevin “Müəllimlik şərəfli peşədir” adlı məruzələri dinlənilib.
Məlumat üçün bildirək ki, YUNESKO-nun qərarına əsasən 1966-cı ildən etibarən hər il oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur
Nərmin Cabbarova