25 Dekabr 2024, Çərşənbə

Dünən muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Nuh yurdu” intellektual müsabiqəsi keçirilib. Müsabiqəni Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə YAP Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi təşkil edib.
Oyunun şərtləri, keçirilmə qaydası və əhəmiyyəti ilə bağlı ətraflı məlumat verildikdən sonra komandalar biliklərini sınayıblar. Müsabiqədə 8 komanda iştirak edib. Müsabiqə 2 qrupda olub, komandalar finala qədər iki mərhələdən keçiblər. Komandalar hər mərhələdə müxtəlif mövzulardan ibarət bəlli, şərti, sirli və fərdi raundlarda öz intellektual səviyyələrini göstəriblər. Bu mərhələlərdə müsabiqənin birincisi olmağa iddialı olan Naxçıvan Dövlət Universitetinin “Fikir” və “Əlincə”, Naxçıvan Özəl Universitetinin “İrəli” və Naxçıvan Müəllimlər İnstitutunun “Araz” komandaları finalda mübarizəni davam etdiriblər. Final mərhələsi gərgin və maraqlı keçib. Bu mərhələdə verilən sualları cavablandırmaqda fəallıq göstərən “Əlincə” komandası müsabiqənin qalibi olub. “Fikir” komandası ikinci, “İrəli” komandası isə üçüncü yerləri tutublar.
Qeyd edək ki, birinci, ikinci və üçüncü yerləri tutan komandalar “Xəmsə” milli intellektual oyunlarında muxtar respublikamızı təmsil edəcəklər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR